Son sutkada 133 mindən çox insanda virus aşkarlanıb

 Son sutkada 133 mindən çox insanda virus aşkarlanıb
  24 İyun 2020    Oxunub:3285
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 133 mindən çox insan yen növ koronavirusa yoluxub, 3847 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon 271 min 589 nəfərdir. İndiyədək 476 min 585 insan pandemiyanın qurbanı olub.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti