Türkiyədə koronavirusdan ölüm sayı 5 mini keçdi

   Türkiyədə koronavirusdan ölüm sayı 5 mini keçdi
  24 İyun 2020    Oxunub:3136
Türkiyədə son sutka ərzində 27 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, 1268 yeni yoluxma faktı qeydə alınıb. Bununla Türkiyədə pandemiya qurbanlarının sayı 5001, virusa yoluxanlar isə 190 165 nəfərə çatıb.

Türkiyədə indiyədək 162 848 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti