ABŞ-da 31 mindən çox yeni yoluxma qeydə alınıb

 ABŞ-da 31 mindən çox yeni yoluxma qeydə alınıb
  23 İyun 2020    Oxunub:2592
ABŞ-da son sutka ərzində 31 min 496 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, Birləşmiş Ştatlarda daha 363 nəfər pandemiyanın qurbanı olub.

Ümumilikdə isə indiyədək ABŞ-da 2 milyon 389 min 785 yoluxma, 123 minə yaxın ölüm faktı qeydə alınıb. Son günlər ölkədə həm yoluxma, həm də ölüm hallarında nisbətən artım müşahidə edilir.

Qeyd edək ki, ABŞ COVID-19 infeksiyasına yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus   Pandemiya  





Xəbər lenti