Qonşusunu bıçaqlayan şəxsdən narkotik götürüldü

Qonşusunu bıçaqlayan şəxsdən narkotik götürüldü
  23 İyun 2020    Oxunub:2442
iyunun 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Muradov xuliqanlıq zəminində qonşusu K.Məşədiyevin əl nahiyəsinə bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Muradov saxlanılıb.

Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu, evindən isə 117,64 qram marixuana və 19,849 qram çətənə toxumu aşkar edilib götürülüb.

Azvision.az



Teqlər: DİN   Polis  





Xəbər lenti