Rus mətbuatı “Şahdəniz-2” layihəsindən yazdı

Rus mətbuatı “Şahdəniz-2” layihəsindən yazdı
  15 Yanvar 2014    Oxunub:1206
“Nezavisimaya qazeta” avropalıların 2019-cu ilin sonundan Azərbaycan qazından istifadə edəcək.
AzVision.az Rusiyanın “Nezavisimaya qazeta”-sına istinadən xəbər verir ki, Avropa Komissiyası Şahdəniz-2 layihəsi çərçivəsində çıxarılan qazın avropalı abunəçilərə 2019-cu ilin sonundan verilməyə başlanacağını yazıb.

Qeyd olunur ki, Rusiyanı yan keçməklə tikilən Cənub qaz dəhlizinə Türkiyə ərazisindən keçən Transatlantik qaz kəməri (TANAP) və Yunanıstan, Albaniya və İtaliyadan keçəcək Transadriatik (TAP) qaz kəmərləri daxildir.

TAP qaz kəməri gələcəkdə 20 milyard kub metr olmaqla ilk vaxtlarda illik 10 milyard kub metr gücə malik olacaq. Qəzet xatırladır ki, “Şahdəniz-2” layihəsinin ümumi dəyəri 28 milyard dollar təşkil edir. Bu layihə çərçivəsində çıxarılan qazın 62%-nin Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Qazın alıcıları İtaliya və Yunanıstan olacaq. Bolqarıstan da layihədən kənar qalmayacaq.

16 milyard Azərbaycan qazının 6 milyardını Türkiyə, 8 milyardını İtaliya, 1 milyardını Yunanıstan və 1 milyardını Bolqarıstan alacaq. Qazın Bolqarıstana da verilməsi üçün bu ölkənin Yunanıstanla qaz sistemini birləşdirməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti