Misirdə referendum keçirilir

Misirdə referendum keçirilir
  14 Yanvar 2014    Oxunub:962
Misirin müvəqqəti höküməti referendumun təhlükəsizliyi üçün bütün qüvvələrini səfərbər edib.
AzVision.az-ın Əl-Cəzirə telekanalına istinadla verdiyi xəbərə görə, bu gün keçiriləcək konstitusiya referendumunu ölkənin “Qüdrətli Misir” partiyası, "Müsəlman Qardaşlar", "Legitimliyi Qoruyan Milli Alyans" hərəkatları baykot ediblər. Sözügedən qurumlar referendumda iştirak etməyi çevrilişə dəstək kimi hesab ediblər.

Bu arada Misir müvəqqəti höküməti referendumun keçirilməsi üçün 250 təhlükəsizlik işçisini səfərbər edib. Bu referendum ölkədə Hüsni Mübarək rejiminin devrilməsindən sonra keçirilən 6-cı referendumdur. Misir müvəqəti höküməti qarşıdakı beş ay ərzində isə parlament və prezident seçkilərinin keçiriləcəyini vəd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti