Keri Lavrova kartof bağışladı - VİDEO

Keri Lavrova kartof bağışladı - VİDEO
  13 Yanvar 2014    Oxunub:1198
Fransanın paytaxtı Parisdə Rusiya və Amerika xarici işlər nazirlərinin danışıqları zamanı Con Keri Serqey Lavrova iki kartof hədiyyə edib.
Jurnalistlərin məlumatına görə, mərasimin protokol hissəsi başlamazdan əvvəl, ABŞ dövlət katibi Con Keri mətbuat nümayəndələrinə təşəkkür edərək, zalı tərk etmələrini xahiş edib.

Bir qədər sonra KİV nümayəndələri danışıqların protokol hissəsini görüntüləmələri üçün yenidən dəvət olunublar.

“ Biz Serqey Lavrovla bir həftə əvvəl telefonla danışmışıq, Suriya məsələsini müzakirə etməyi planlaşdırmışıq”- Con Kerri deyib. Həmin telefon söhbətində nazirlər zarafatla Amerikanın Aydaho ştatında yetişən kartofu müzakirə ediblər.

“Mən bu gün həmin o kartofu gətirmişəm”- deyə C. Keri bildirib. Daha sonra dövlət katibi böyük, ağ karton qutunun içərisindən iki kartof çıxararaq, rusiyalı nazirə hədiyyə edib. Onun bu hərəkəti hər iki tərəfin nümayəndə heyətini güldürüb. Kerinin qeyri-adi hədiyyəsi formasına görə, kartofdan çox “bulkanı” xatırladıb.

Qeyd edək ki, tərəflərarası danışıqlar bağlı qapılar arxasında keçib.



Səbinə


Teqlər:  





Xəbər lenti