Polisə atəş açanlar hələ tapılmayıb

Polisə atəş açanlar hələ tapılmayıb
  12 Yanvar 2014    Oxunub:990
Kabardin-Balkarda polisə atəş açmış şəxslərin axtarışları davam edir. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayəti törətmiş silahlı şəxslər oğurluq avtomobillə hadisə yerindən qaçıb gizlənməyə nail olublar.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, silahlıların atəş açdıqları polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükənin hələ sovuşmadığı bildirilir.


Teqlər:





Xəbər lenti