Şahzadə Kristina məhkəməyə çağrılıb – VİDEO

Şahzadə Kristina məhkəməyə çağrılıb – VİDEO
  12 Yanvar 2014    Oxunub:1123
İspaniya kralı Xuan Karlosun kiçik qızı möhtəkirlik və pulların yuyulması işi üzrə dindirilmək üçün məhkəməyə çağrılıb.

AzVision.az “euronews”a istinadən xəbər verir ki, şahzadə Kristinanın vəkili bildirib ki, xanım məhkəməyə gələcək və onun gizlədəcəyi bir şey yoxdur. Hazırda şahzadə xanım şübhəli sayılır və martın 8-də məhkəmə qarşısına çıxmalıdır.

Palme-de-Mayorka şəhərinin məhkəməsinin hakimi Xose Kastronun verdiyi dindirmə orderi şahzadə xanımın "Aizoon" şirkəti ilə tərəfdaşlığı ilə bağlıdır. Müstəntiqlər ehtimal edirlər ki, şahzadənin əri don İnyaki Urdanqarin bu şirkətin vastiəsi ilə dövlət xəzinəsində oğurladığı pulları yuya bilər.




Teqlər:  





Xəbər lenti