Banqkokda etirazçılara atəş açılıb – VİDEO

Banqkokda etirazçılara atəş açılıb – VİDEO
  12 Yanvar 2014    Oxunub:996
AzVision.az xəbər verir ki, Banqkokda hökumət əleyhinə aksiya keçirənlərə naməlum şəxslərin açdığı atəş nəticəsində azı 7 nəfər yaralanıb.

Polisin məlumatına görə, ötən gecə müxalifətçilərin toplaşdığı düşərgəyə iki dəfə hücum olunub.

Gündüz hökumət tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmalarda 6 nəfər xəsarət alıb.

Tailand müxalifəti növbəti həftə izdihamlı aksiya keçirəcəyini və paytaxt Banqkokda hərəkəti tam dayandıracağını bəyan edib.

Ötən ilin noyabrından baş nazirin istefası tələbi ilə Tailandda etiraz aksiyaları keçirilir.

Müxalifət fevralın 2-nə təyin edilən seçkiləri boykot edib.



azadliq.org


Teqlər:





Xəbər lenti