“Azexport.az” portalına 209 milyon dollarlıq ifarişlər daxil olub

“Azexport.az” portalına 209 milyon dollarlıq ifarişlər daxil olub
  01 İyun 2020    Oxunub:2702
Yanvar-aprel aylarında “Azexport.az” portalına 209,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may sayına istinadla xəbər verir ki, aprel ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 61,5 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 20,8 faiz artıb.

Bu ilin aprelində “Azexport.az”a ən çox ixrac sifarişi pomidor, toyuq yumurtası, badımcan, kartof, qoyun yunu, soğan, pambıq yağı, kələm, bal, göbələk, tütün, şərab, tikinti materialı, meyvə şirəsi, alma, mühərrik yağı, sarımsaq, konservləşdirilmiş tərəvəz, qənnadı məhsulu, metal konstruksiya, yer kökü, çay, buğda unu, uşaq bezi və sair məhsullara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvarından bu il aprelin 30-na kimi (40 ay ərzində) “Azexport.az” portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 794 milyon dollar təşkil edib.

Azvision.az


Teqlər: İdxal   İxac  





Xəbər lenti