Hədə-qorxu ilə pul alan şəxs tutuldu

  29 May 2020    Oxunub : 1947
Hədə-qorxu ilə pul alan şəxs tutuldu
Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7300 manat pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: Hədə-qorxu   Pul   Nərimanov