Ərdoğanın sərvəti açıqlandı

Ərdoğanın  sərvəti açıqlandı
  09 Yanvar 2014    Oxunub:1536
Baş nazir Ərdoğanın əmlakı haqqında məlumatları Nazirlər Kabinetinin saytında yazdığını bəyan edən Hüseyin Çelik Kılıçdaroğluna sərt cavab verdi.

Son zamanlar Türkiyədə baş qaldıran korrupsiya qalmaqalı fonunda baş nazir Rəcəb Tayyip Ərdoğanın əmlakı barədə tənqidi söz-söhbətlər yayılıb. Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Hüseyin Çelik, Türkiyənin baş nazirinin böyük sərvətə sahib olduğunu iddia edərək onu tənqid edən müxalifət lideri Kamal Kılıçdaroğluna sərt cavab verib. Məlumat üçün qeyd edək ki, K.Kılıçdaroğlu dünən keçirdiyi toplantıda “baş nazir çıxıb əmlakını acıqlıya bilərmi” deyə, sərt bəyanat vermişdi.

Ərdoğanın əmlakı ilə bağlı açıqlama isə bu gün onun sözçüsü Hüseyn Çəlikdən gəlib.

“Baş nazir əmlakını açıqlaya bilərmi deyirsiniz. Zəhmət olmazsa onun saytına girin. Baş nazir bölümünü tıklayın. Bütün məlumatlar orada var və onlar vaxtı-vaxtında yenilənir. Kim istəsə öyrənə bilər”-deyə Çəlik qeyd edib.

Qeyd edək ki, nazirliyin saytında 16 iyun 2011-ci il tarixinə olan son məlumata əsasən, Ərdoğanın əmlakı ilə bağlı yazılıb:

A – Daşınmaz əmlak
Güneysu-Dumankaya kəndində 2.000 metrlik torpaq sahəsi (Maliyeti 10 bin TL)

B – Bank və daşınan mallar
Bank hesablarında cəmi 3.390.384 TL, 25.000 £, 199.867 $

C- Alacaqları
500.000 TL

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti