ABŞ Ukraynanı hədələdi

ABŞ Ukraynanı hədələdi
  09 Yanvar 2014    Oxunub:1035
Amerika Senatı Ukrayna xalqına dəstəyini ifadə edən və ölkə rəhbərliyini mitinq iştirakçılarına qarşı güc tətbiq etməkdən çəkinməyə çağıran qətnamə qəbul edib.
Qətnamədə güc tətbiq olunarsa, Senatın Kiyevə qarşı sanksiya tətbiq edə biləcəyi də yer alıb. AzVision.az xəbər verir ki, bu barədə mətbuata ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet məlumat verib.

“Ötən gecə Senat Ukrayna xalqını dəstəkləyən qətnamə qəbul etdi” – deyə səfir Twitter səhifəsində yazıb.

Sənəddə göstərilir ki, Amerika Ukrayna xalqını və onun öz azad və demokratik gələcəyini qorumaq haqqını onun suveren hüququ bilir. Senatorlar həmçinin ABŞ və Avropa Birliyini Ukraynadakı böhranın dinc, demokratik yolla həllinə dəstək olmağa, bundan başqa Ukraynadakı etirazçılar, müxalifətçilər və vətəndaş cəmiyyətlərinin milli barışıq üçün dialoqa başlamağa, bütün siyasi partiyalardan milli zəmində düşmənçilik, yaxud
Ukrayna xalqını bölə biləcək antisemitizm və ya başqa hallara yol verməməyə çağırıb.

Bununla belə sənəddə Ukrayna hakimiyyətinin dinc etirazçılara qarşı 30 noyabr, 1 dekabr və 11 dekabrda güc tətbiq etməsini pislənilib. Zorakılıq tətbiq edənlərin isə cəzalandırılması tələb olunub.

Həbsdə olan bütün etirazçıların dərhal azad olunmasına çağırış da qətnamədə yer alıb.

Qeyd olunub ki, gələcəkdə də etirazçılara qarşı zorakılıq tətbiq edilərsə, Konqress və prezident Ukraynaya qarşı sanksiyalar tətbiq ediləcək, zorakılığa görə məsuliyyət daşıyan şəxslərin aktivlərinin dondurulacaq, onlara qarşı viza rejimi sərtləşdiriləcək.

Xatırladaq ki, ötən il noyabrın 21-dən Ukraynada baş qaldıran etiraz aksiyaları ölkənin Nazirlər Kabinetinin “milli təhlükəsizlik maraqları naminə” Avropa Birliyi ilə azad ticarət zonası və assosiativ üzvlük haqqında müqavilənin imzalanması prosesinin dayandırması ilə bağılıdır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti