İran və ABŞ XİN müavinləri bu gün Cenevrədə görüşəcək
Nüvə danışıqları çərçivəsində Abbas Əraqçinin ABŞ dövlət katbinin müavini Vendi Şermənlə də görüşü baş tutacaq. Bu gün Cenevrədə aparılacaq müzakirələrdə İran nüvə stansiyalarında quraşdırılan yeni sentrifuqalar danışıqların əsas mövzusu olacaq.
Qeyd edək ki, Tehran və Vaşinqton rəsmilərinin nüvə müzakirələri çərçivəsində ikitərəfli görüşləri Həsən Ruhani prezident seçildikdən sonra baş tutub. Hətta İran rəsmiləri bir neçə dəfə etiraf ediblər ki, onlar bundan öncə də Əfqanıstan və İraqda terrora qarşı mübarizə zəminində Vaşinqtonla müzakirələr aparıb.
S. Həsənova