Mursinin məhkəməsi təxirə salınıb

Mursinin məhkəməsi təxirə salınıb
  08 Yanvar 2014    Oxunub:1350
Rəsmi orqanlar havaların pis keçməsi səbəbindən bu addımı atdıqlarını bildiriblər.
Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin Milli Polis Akademiyasında baş tutacaq məhkəmə prosesi “pis hava şəraiti” ilə bağlı təxirə salınıb.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Misirin təhlükəsizlik qüvvələri “Müsəlman qardaşları” təşkilatının mümkün hücumlarından qorunmaq üçün yüksək hazırlıq vəziyyətinə gətiriliblər.
Mursi ilə birlikdə müxtəlif cinayətlərdə ittiham olunan bir neçə tərəfdarı vertolyotla polis akademiyasının həyətinə gətirilsə də sonda prosesin təxirə salındığı məlumatlı verilib. Məhəmməd Mursi və “Müsəlman qardaşları” təşkilatının 14 üzvü 2012-ci ilin dekabrında prezident sarayı önündə insan tələfatı ilə nəticələnən toqquşmalardan dolayı günahkar bilinir.

Ötən ilin iyul ayında çoxminli etirazlardan sonra ordu Mursi hakimiyyətini devirmişdi. Ordu onu ölkəni islamlaşdırmaqda ittiham edirdi. O vaxtdan başlayaraq Mursinin postunda bərpası tələb olunurdu. 130 tərəfdarı ilə birgə mühakimə olunan Mursinin hüquq təşkilatları tərəfindən siyasi motivlər əsasında həbs olunan şəxs hesab olunur.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti