Mursi bu gün mühakimə edilir

Mursi bu gün mühakimə edilir
  08 Yanvar 2014    Oxunub:1118
Məhəmməd Mursi ölkədə baş verən hadisələrlə bağlı yeni gizli faktları açıqlayacağını və sakit durmayacağını bəyan edib
Misirin müvəqqəti hökuməti Məhəmməd Mursi və 14 tərəfdaşının mühakiməsi və məhbusların məhkəmə zalına çatdırılması üçün 20 min təhlükəsizlik qüvvəsini səfərbər edib.
AzVison.az BBC-yə istinadən xəbər verir ki, bu gün Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursi və “Müsəlman Qardaşlar” –ın 14 üzvü Qahirənin ağır cinayətlər məhkəməsinə çıxarılacaq.

Misirin əl-Vətən qəzetinin məlumatına görə, Məhəmməd Mursi ölkədə baş verən hadisələrlə bağlı yeni gizli faktları açıqlayacağını və sakit durmayacağını bəyan edib.

İkinci dəfədir ki, sabiq prezident mühakiməyə çıxarılır. Budəfəki məhkəmənin də ölkədə keçiriləcək, konstitusiya ilə bağlı referendumdan sonraya təxirə salınması ehtimal edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti