Eks-prezident 10 milyon pul oğurlayıb

Eks-prezident 10 milyon pul oğurlayıb
  08 Yanvar 2014    Oxunub:1010
Salvadorun sabiq rəhbəri Fransisko Flores Tayvan hökumətindən aldığı pulu mənimsəmədiyini bildirib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, 1999-2004-cü illərdə Salvador prezidenti səlahiyyətlərini icra edən Fransisko Flores prezidentliyinin son 2 ilində Tayvan hökumətindən 10 milyon dollarlıq çek aldığını etiraf edib.

Lakin o bu vəsaiti şəxsi məqsədləri üçün xərcləmədiyini bildirir. Ölkə konqresinin xüsusi komissiyası qarşısında çıxış edən sabiq dövlət başçısı əldə edilən maliyyənin müvafiq sahələrdə xərcləndiyini və Tayvan hökumətindən alınan pulun heç bir hissəsini şəxsi hesabına köçürmədiyini əlavə edib.

Xatırladaq ki, hazırki Salvador prezidenti Maurisio Funes sələfini əldə etdiyi vəsaiti düzgün xərcləməməkdə ittiham etmişdi.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti