Bir gündə 147 nəfər öldü

Bir gündə  147 nəfər öldü
  08 Yanvar 2014    Oxunub:988
Suriyada son sutkanın qarşıdurmalarında 147 nəfərin ölümü qeydə alınıb
Suriya müxalifəti qruplaşmaları arasındakı qarşıdurmalar daha da genişlənib. AzVision.az-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, çərşənbə axşamı ölkədə davam edən qarşıdurmalarda 147 nəfərin ölümü qeydə alınıb.

Ölkənin şimalında “İraq və Şamda İslam dövləti” –nin (DAİŞ) Suriya Azad Ordusu əleyhinə rəsmi şəkildə cihad elan etməsi qarşıdurmaları daha da şiddətləndirib.

Digər şiddətli qarşıdurma isə Dəməşq ətrafı əyalətlərdə ,eləcə də Duma şəhərində qeydə alınıb. Burada hakimiyyət ordusunun endirdiyi raket zərbələri nəticəsində onlarla insan ölüb.

S. Həsənova


Teqlər:





Xəbər lenti