Həmsədrlər İsveçrədə Qarabağı müzakirə edəcək

Həmsədrlər İsveçrədə Qarabağı müzakirə edəcək
  08 Yanvar 2014    Oxunub:985
ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) gələn həftə İsveçrənin paytaxtı Bern şəhərində ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter ilə görüşəcəklər. Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə olunacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünə gəldikdə isə diplomatik mənbə görüşün bu ayın sonunda baş tutacağına ümidvar olduğunu bildirib.


Teqlər:





Xəbər lenti