Almaniyada rekord miqdarda narkotik ələ keçirilib

Almaniyada rekord miqdarda narkotik ələ keçirilib
  08 Yanvar 2014    Oxunub:1107
Narkotacirlərin səhvi nəticəsində 140 kiloqram kokain ticarət obyektlərinə paylanıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlin şəhərində ümumi çəkisi 140 kiloqram olan narkotik maddələr aşkar olunub. Berlindəki 5 univermağın anbarlarında aparılan yoxlamalar zamanı banan yeşiklərinin arasından kokain bağlamalarının yerləşdirildiyi aşkar olunub.

Berlin polisinin Narkomaniyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Olaf Şremm narkotik maddələrin Berlinə Kolumbiyadan gətirildiyini və Hamburq limanından tranzit kimi istifadə edildiyini bildirib. O ələ keçirilən “məhsul”un bazar qiymətinin 6 milyon avro olduğunu əlavə edib. Berlin polisinin fikrincə, narkotacirlər sadəcə olaraq logistik səhv nəticəsində narkotik vasitələri univermaqlara göndərib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti