ABŞ iflic olub, yeni qar fırtınaları gəlir - VİDEO

ABŞ iflic olub, yeni qar fırtınaları gəlir - VİDEO
  07 Yanvar 2014    Oxunub:1165
ABŞ qar fırtınasının ardından yeni həftəyə dondurcu şaxtalı hava ilə qədəm qoyub. Ölkə Montana əyalətindən Alabamaya qədər dondurucu soyuq havanın təsirindədir.

AzVision.az RT-yəistinadən xəbər verir ki, ABŞ əhalisi son 20 ilin ən soyuq günlərini yaşayır. "Qütb girdabı" adı verilən təbiət hadisəsinin səbəb olduğu soyuq hava dalğası ölkənin bir çox əyalətində həyatı sanki iflic edib.

Öldürücü olaraq xarakterizə edilən soyuq hava dalğasının yüksək dərəcəli ani donmaya yol aça biləcəyinə diqqəti çəkən səlahiyyətlilər, donma riskinə qarşı özlərini etibarda hissetməyənlərin şəhərlərdəki sığınma evlərinə getmələrini bildirib.

3 min 700 uçuş təxirə salınıb

Soyuq hava şəraiti ilə əlaqədar həftənin ilk iş günündə hava limanlarında 3 min 700 uçuş təxirə salınıb. Yerinə yeririlən uçuşlarda isə gecikmələr və istiqamət dəyişiklikləri olub.

Ölkənin bir çox bölgələrində məktəblər bağlanıb, iş yerlərində məcburi tətil elan olunub. Yolların buz bağlaması səbəbi ilə avtomobil və qatar yollarında hərəkət dayanıb. Soyuq hava şəhər nəqliyyatı və metronun işinə də təsir edib.

Milyonlarla insanın yaşadığı ABŞ-ın şimal-şərqindən ölkənin içərilərinə doğru irəliləyən soyuq hava dalğasının Florida və Texas kimi mülayim hava şəraitinin xas olduğu bölgələrdə də təsirli olacağı bildirilir.




Teqlər:  





Xəbər lenti