Erməni deputat:`Türkiyə ilə əlaqələrdə irəliləyiş yoxdu`

Erməni deputat:`Türkiyə ilə əlaqələrdə irəliləyiş yoxdu`
  05 Yanvar 2014    Oxunub:1145
Türkiyə ilə Ermənistan arasında münasibətlərin düzəlməsi ilə bağlı heç bir irəliləyiş müşahidə olunmayıb.
“Axar.az” xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin iqtidaryönlü deputatı Naira Zoqrabyan çıxış edib.

O, Türkiyədə hakimiyyət dəyişilmədikcə bu problemlərin qalacağını bildirib: “Nə vaxta qədər ki, Türkiyəni Osmanlı ideologiyasını irəli sürən şəxslər idarə edəcək, o zamana qədər də bu prosesdə irəliləyişlər görməyəcəksiniz”.

N.Zoqrabyan qonşularla problemsiz diplomatiya anlayışının rəsmi Ankaranın uydurması olduğunu da qeyd edib:

“Türkiyə cəmiyyətinin müxtəlif təbəqələrində artıq ermənilərin genosidi qapalı mövzu kimi saxlanılmır. Lakin bu, hələlik türk düşüncəsinin kütləvi şəkildə dəyişilməsi üçün kifayət etmir”.


Teqlər:





Xəbər lenti