Hindistanlını öldürən pakistanlı ilə bağlı rəsmi açıqlama
Fakta görə həmin tarixdə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və martın 14-də cinayət işi həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs - 1986-cı ildə Pakistan İslam Respublikasının Lahor şəhərində anadan olmuş Ali Abid Ahmad Bashir martın 15-də tutularaq istintaqa cəlb olunub.
Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla hadisənin başvermə səbəblərinin və digər xüsusatların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.