Ermənistanın mülki aviasiyası Rusiyanın nəzarətində

Ermənistanın mülki aviasiyası Rusiyanın nəzarətində
  04 Yanvar 2014    Oxunub:1020
“Bu gün bizim nə mülki təyyarələrimiz var, nə də aviaşirkətimiz. Bizim uğursuzluqlarımız Robert Köçəryan dönəmindən başlayıb və Serj Sərkisyan həmin siyasəti davam etdirib – aviasiyanı da inhisara almaqla”.

AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bunu erməni mətbuatına müsahibəsində Ermənistan Mülki Aviasiya Baş İdarəsinin sabiq rəisi Şaen Petrosyan deyib. Onun sözlərinə görə, yeni yaradılan “Eyr Armeniya” kampaniyasının çətin ki, böyük bazarı olsun və o, xarici kampaniyalarla ciddi rəqabət apara bilsin.

“Təhlükə var ki, Ermənistan Rusiyanın vilayətinə çevrilsin. Söhbət siyasi sazişlərdfən gedir. Və mən hesab edirəm ki, aviasiya sahəsi də rusların əlinə keçəcək” –, Petrosyan deyib .


Teqlər:  





Xəbər lenti