Milli Məclisin komitə iclası onlayn keçirildi

  06 Aprel 2020    Oxunub : 1400
Milli Məclisin komitə iclası onlayn keçirildi
Aprelin 6-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli iclası açaraq müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda əvvəlcə, İctimai birliklər və dini qurumlar komitəsinin 2020-ci il yaz sessiyası üçün iş planının layihəsinə baxılıb. Komitə üzvləri cari ilin yaz sessiyasının iş planına öz münasibətlərini bildiriblər.

Sonra “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Deputatlar yuxarıda adları çəkilən sənədlərə təklif olunan düzəlişlər barədə öz fikirlərini söyləyib, təkliflərini səsləndiriblər.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Azvision.az

Teqlər: Parlament