Evlənmək üçün Azərbaycana gəldi, ölkəsinə qayıda bilmir

  06 Aprel 2020    Oxunub : 2884
 Evlənmək üçün Azərbaycana gəldi, ölkəsinə qayıda bilmir
Evlənmək məqsədilə Azərbaycana gələn Türkiyə vətəndaşı ölkəsinə qayıda bilmir.
Azvision.az xəbər verir ki, Türkiyə vətəndaşı Türkay Türköz martın 11-də əmisi oğlu Murat Türköz və onun azərbaycanlı həyat yoldaşı Aybəniz Türköz ilə birlikdə Qazax rayonunun Şıxlı kəndinə gəliblər.

Qazaxda Türkay Türközün və azərbaycanlı Şahnisə Məmmədovanın toy mərasimi keçirilib. Toydan sonra cütlük və qohumları sərhədlərin bağlanmasına görə Türkiyəyə qayıda bilməyiblər.



Türközün anası Sadəgül Türköz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.

Prezidentimiz bizə yardım etsin. Həyat yoldaşımın gözü görmür. Evdə tək köməyim oğlumdur. O, gəlinimlə birlikdə sərhədlərin bağlanması səbəbindən Türkiyəyə dönə bilmir. Mən hətta toy yeməklərini də hazırlamışdım. Şadlığımız yarımçıq qaldı”, - deyə qadın bildirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   Toy   Koronavirus