Barda işləyən yarımciyər Papa

Barda işləyən yarımciyər Papa
  15 Mart 2013    Oxunub:1415
Latın Amerikasından olan ilk pontifik yeni Roma papası Xorxe Berqolyo bir çox “ilk”lərlə yadda qalıb.

AzVision.az-ın məlumatına görə, Argentinalı Xorxe Berqolyo 1200 ildir ki, Avropadan kənardan seçilən Amerika qitəsindən və Cizvit məzhəbinə mənsub olan ilk Papa olaraq tarixdə özünə yer aldı. Papa haqqında maraqlı faktları təqdim edirik

Xorxe Mario Bergoglionun həyatı

1936-cı il dekabrın 17-də Buenos-Ayres anadan olan Papa ailədə 5 uşaqdır. Sosial elmlər, fəlsəfə, kimya təhsili alan Bergoglio tələbə vaxtı xərclərini qarşılamaq üçün barda işlədiyini bildirib. Gənc yaşlarında tango oynadığını söyləyən Papa elə o yaşlarında qız dostunun da olduğunu bildirib. “Qız dostum var idi. Birlikdə rəqs etməyə gedirdik. Amma sonra dini həyata keçdim”.

Papa həm də futbol azarkeşidir. O Buenos-Ayresin fotbol komandası olan “San Lorenzo”nun azerkeşidir.

Limuzindən imtina edib

1969-cu ildə Cizvit məzhəbində keşiş olan Bergoglio, 1998-ci ildə Buenos Aires arxiyepiskopu, Başpiskoposluğuna, 2001-ci ildə isə kardinallığa qədər yüksəlib. 2005-ci ildə keçirilən Papalıq seçkilərində isə 16-cı Benediktusla rəqabət aparan Papa son annda məğlub olub. Olduqca sadə və siravi bir həyat sürən Bergoglio 2001-ci ildə kardinal olduğu zamanı ona verilən sürücü və limuzundən imtina edir və avtobusla səyahət edir. Evdə öz yeməklərini özü bişirən, kasıbların yaşadığı yoxsul bölgələri tez-tez ziyarət edən Bergoglio, 2001-ci ildə ziyarətə getdiyi bir xəstəxanada 12 AIDS xəstəsinin ayağını yuyub və öpmüşdü. Evli olmayan qadınların uşaqlarını xaç etməyi rədd edən din adamlarını tənqid edən Bergoglio, "İsanın cüzzamlılarla eyni suda yuyulub fahişələrlə birlikdə yemək yediyini unudursunuz" deyib.

Homoseksualların evlənməsinin əleyhinədir

Homoseksuallara qarşı ayrı-seçkilik edilməməsi istəyən Bergoglio, homoseksual evlilikləri isə "şeytani" adlandırır. O, Argentin hökumətinin də homoseksual evlilikləri qanuniləşdirməsini də sərt tənqid edib.


Teqlər:  





Xəbər lenti