“Ben Aflek hərbi cinayətkardır, asıla bilər”

“Ben Aflek hərbi cinayətkardır, asıla bilər”
  15 Mart 2013    Oxunub:1361
Ben Aflekin rejissoru və baş rol ifaçısı olduğu “Arqo” filmi ətrafında gedən müzakirələr səngimək bilmir.
İran dövlət televiziyası “Press TV” 11 sentyabr terror aktı bağlı yaradılan elmi araşdırmalar komitəsinin üzvü Kevin Barretin məqaləsinə geniş yer ayırıb. Məqaləsində “Arqo”nun məxfi hərbi əməliyyat olduğunu və film pərdəsi altında təqdim edildiyini deyən Barret Ben Aflekin əslində hərbi cinayətkar olduğunu və asıla biləcəyini söyləyib.

Aflekin dövlət casusu olduğunu iddia edən Barret, filmin başdan-ayağa propaqanda olduğunu və film sayəsində Amerika xalqının İrana qarşı başlayacaq mümkün savaş planlarını dəstəkləyəcəyini yazıb.



Teqlər:  





Xəbər lenti