“Virus hərbi hissələrə keçsə, qarşısını ala bilmərik” - Ziyafət Əsgərov

  30 Mart 2020    Oxunub : 4744
 “Virus hərbi hissələrə keçsə, qarşısını ala bilmərik” - Ziyafət Əsgərov
“Koronavirus bütün bəşəriyyətə qarşı müharibə elan edib. Bir sıra dövlətlərdə silahlı qüvvələr koronavirusla mübarizəyə başlayıblar”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

“Biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər virus hərbi hissələrə keçərsə, bunun qarşısını ala bilmərik. Biz iki virusa qarşı mübarizə aparırıq. Həm ermənilərə, həm də COVİD-19-a qarşı. Vətəndaşlarımızdan xahiş və tələb edirəm ki, hökumətimizin qoyduğu qanunlara əməl etsinlər. Dəmir nizam-intizam olmasa pis olacaq. Bu gün bütün bəşəriyyət koronavirus pandemiyasına qarşı mübarizə aparır. Azərbaycan rəhbərliyi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülən tədbirlər nəticəsində ölkəmizdə digər ölkələrdən fərqli olaraq bu virusun törətdiyi xəstəlik çox böyük fəsadlara gətirib çıxarmayıb”, - deyə Z.Əsgərov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis