Qanunsuz universitetlər aşkarlandı

  14 Mart 2013    Oxunub : 512
Qanunsuz universitetlər aşkarlandı
Təhsil Nazirliyi Azərbaycanda qanunsuz fəaliyyət göstərən iki ali məktəb aşkar edib.
Sən demə, bu universitetlərin hər birində 400 nəfər tələbə təhsil alır. Artıq Nazirlik bununla bağlı hüuqu mühafizə orqanlarına müraciət edib. TN-nin aparat rəhbərinin müavini Nəzakət Hacıyeva bildirib ki, keçən həftə Azərbaycan ərazisində fəaliyyət göstərən 2 qanunsuz ali məktəb aşkar edilib:

"İki ali məktəb Rusiyanın filialları idi. Onlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etdik. Əldə olunmuş şifahi məlumata əsasən hər ali məktəbdə 400 tələbə təhsil alır. Müraciət edərək valideynlərə deyərək dəiqiləşdirsinlər. Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetindən başqa heç bir xarici ölkənin filialı yoxdur, valideynlər bu yalan elanlara inanmasınlar.

Teqlər: