Gürcüstan Afrikaya əsgər göndərəcək

        Gürcüstan Afrikaya əsgər göndərəcək
  28 Dekabr 2013    Oxunub:1183
Gürcü sülhməramlıları Malidə xidmət çəkəcək.
AzVision.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstanın Müdafiə naziri bu ölkənin sülhməramlılarının Malidəki əməliyyatlara cəlb olunacağını açıqlayıb.
“Biz artıq bu yöndə praktik addımlar atmışıq. Avropa Birliyinin Malidəki əməliyyatla bağlı tələbini müzakirə etmişik. Çox güman ki, müsbət qərar verəcəyik və əməliyyatlara qoşulacayıq”,- deyə Müdafiə naziri İrakli Alasaniya jurnalistlərə bildirib.
Onun sözlərinə görə beynəlxalq əməliyyatda iştirak ölkənin müdafiə qabiliyyətini azaltmayacaq və əksinə daha çox təcrübə toplayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti