Suriya ordusu türk zabitini öldürdü

Suriya ordusu türk zabitini öldürdü
  28 Dekabr 2013    Oxunub:1109
Qarşıdurmalar cümə günü Dəməşqətrafı, Laziqiyyə, Hələb və Dərada da qeydə alınıb
Hakimiyyət ordusu Laziqiyyənin Rəbiə bölgəsində Əbdürrəhman Talak adlı türk zabitini öldürüb. Bu barədə yerli milli Müdafiə Qüvvələri tərəfindən məlumat verilib.

Hələbdə isə Bəşər Əsəd qüvvələri əl-Məşhəd rayonuna aviazərbələr endirib ki, nəticədə Əmmar Yasir batalyonunun lideri də daxil olmaqla 18 silahlı ölüb.

Əl-Qələmun yüksəkliklərində Yəbrud və ən-Nəbək şəhərləri arasında quraşdırılmış minaya düşən müxalifət silahlılarından 15-i ölüb.

S. Həsənova


Teqlər:





Xəbər lenti