Ərdoğan sərt danışdı: `Həddini bil!` - FOTO

Ərdoğan sərt danışdı: `Həddini bil!` - FOTO
  28 Dekabr 2013    Oxunub:1161
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Sakarya səfərindən sonra İstanbula qayıdıb. AzVision.az NTV telekanalına istinadən xəbər verir ki, verdiyi məlumata görə, baş naziri çoxsaylı partiya üzvü qarşılayıb. Partiya avtobusunun üzərindən çıxış edən Ərdoğan rüşvət və korrupsiya əməliyyatı ilə bağlı danışıb. O, ötən gün mətbuat üçün bəyanat yayan prokuror Müəmmər Akkaşı istintaqın gizliliyini qorumamaqda ittiham edib: “Marjinal qrupların militanları kimi press-reliz payladı”.

Rəcəb Tayyib Ərdoğan ad çəkməsə də, partiyadan qovulması məsələsi gündəmdə olan keçmiş mədəniyyət və turizm naziri Ərtuğrul Günayı tənqid edib: “Nazirlikdən ayrılana qədər hər şey gözəldir, nazir vəzifəsindən gedəndən sonra deyir ki, “mən filan naziri bəyənmirəm”. Sənin belə səlahiyyətinmi var? Əvvəlcə həddini bil!”.

Qalereya




Teqlər:  





Xəbər lenti