Argentinada piranilər insanlara hücum edib

Argentinada piranilər insanlara hücum edib
  27 Dekabr 2013    Oxunub:4798
Yırtıcı balıqlar bir qızın çeçələ barmağını qoparıb
Argentinanın ikinci ən böyük şəhəri Rosarionun sahilində yerləşən çimərlikdə piranilər insanlara hücum edib. Hadisə zamanı 70 nəfərin yaralandığı bildirilir. Yaralananlar arasında 20 uşaq da var. Piranilər bir qızın çeçələ barmağını qoparıb. Onların hücumu havanın temperaturunun yüksək olmasıyla izah edilir.

Bu balıqların son illər ərzində ən dəhşətli hücumu kimi qiymətləndirilsə də, 2011-ci ildə Braziliyada bir dəstə pirani 100 adamı dişləmişdi. Polisin dediyinə görə həmin il piranilər Argentinada özünə qəsd edən balıqçını parçalasa, bu hadisə argentinalıları qorxutmayıb. Onlar yenə də çimərliyə qayıdıb.

Qeyd edək ki, bir piraninin dişləri nəhəng ağ akulanınkindən daha sərt, timsahınkindən isə 3 dəfə daha iti olur. Bu yırtıcı balıq qanın iyini 3 km-dən hiss edir.


Teqlər:





Xəbər lenti