Eks-nazir faciəli şəkildə öldü

  Eks-nazir faciəli şəkildə öldü
  27 Dekabr 2013    Oxunub:1210
Bugün səhər saatlarında Beyrutda baş verən terror aktın nəticəsində Livanın keçmiş Maliyyə naziri Məhəmməd Şəttah həlak olub.
AzVision.az ərəb KİV-lərinə istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrut şəhərində maşının partladılması nəticəsində 7 nəfər o cümlədən, Livanın keçmiş Maliyyə naziri Məhəmməd Şəttah həlak olub.
60 nəfərdən çox insan isə xəsarət alıb. Starco və Monroe Hotel mehmanxanalarının arasındakı yolda baş verən partlayış Şəttahın korteji keçən zaman törədilib. Nəticədə ətrafdakı obyektlərə də ciddi ziyan dəyib.

Xatırladaq ki, Livanın keçmiş baş naziri Səid Həririnin yaxın çevrəsindən olan Məhəmməd Şəttah həm də Livanın ABŞ-dakı səfiri kimi də fəaliyyət göstərmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti