YAP-çı deputat telekanalları sərt tənqid

YAP-çı deputat telekanalları sərt tənqid
  27 Dekabr 2013    Oxunub:1077
“Cəmiyyətə bir avamlıq və cahillik təbliğ edilir”
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə yerli telekanalları tənqid edib. AzVision.az-ın məlumatına görə, deputat bəzi telekanallarda cahilliyin təbliğ edildiyindən gileylənib.

“Bir neçə gündür telekanllarda Şəkidə bir evdə özbaşına yanğın baş verməsi haqqında dalbadal süjetlər verilir. Həyəcanlı musiqi ilə müşaiyət olunnan verişidə kəndin bütün qadınlarından münasibət öyrənilir, ancaq heç kim Elmələr Akademisanın Fizika İnstitunun alimlərinin bu məsələdə fikrini öyrənib efirə verməyə tələsmir.

Cəmiyyətə bir avamlıq və cahillik təbliğ edilir. Çox çətindirmi, istilik fizikası üzrə Ellər Akademiyasının görkəmli bir aliminin fikrini öyrənib tamaşaçılara vermək? Bununla da yanğının çox sadə bir səbəbdən baş verdiyi üzə çıxardı, insanlarda elmi izaha, maraq artardı

Telekanllların verilişləri falçılarla doludur, adi bir təbiət hadisəsinin izahını mütəxəssis gözü ilə verməkdən çəkinirlər, alim fikrinin auditoriyadan kənara çıxmasına maraq göstərilmir”-deyə deputat etirazını bildirib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti