Orta məktəbdə yanğın

Orta məktəbdə yanğın
  27 Dekabr 2013    Oxunub:1168
Cəlilabad rayonunun Adnalı kənd orta məktəbində yanğın baş verib

Dekabrın 26-da gündüz saatlarında Cəlilabad rayonunun Adnalı kəndində Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 438 kvadratmetr olan orta məktəb binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a bildiriblər ki, hadisə nəticəsində birmərtəbəli məktəb binasının 6 sinif otağı yanıb.

Alov saat 14:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüş, məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti