Prezidentin iti tapıldı - FOTOLAR

Prezidentin iti tapıldı - FOTOLAR
  26 Dekabr 2013    Oxunub:1646
Prezidentin itən itini axtarmaq üçün bütün Çeçenistan əhalisi səfərbər olmuşdu.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Çeçenistan prezidenti Ramzan Kadlırovun sevimli iti bir neçə saat ərzində tapılıb. Onun axtarışlarına yerli sakinlər də qoşulublar. “Tarzan” ləqəbli it İnquşetiyada aşkar olunub. Bu barədə Kadırov İnstagram sosial şəbəkəsində şəxsən məlumat verib. Onun sözlərinə görə prezident sarayını tərk edən Tarzan Urus-Martan rayonunda İnquşetiya sakininə satılıb. Daha sonra isə Anzor adlı vətəndaşın köməyi ilə İnquşetiyadan Qroznı şəhərinə geri qaytarılıb. Kadırov itini tapanlara çay qonaqlığı verib.

Qalereya




Teqlər:





Xəbər lenti