Ruhani ermənilərin qonağı olub - FOTOLAR

Ruhani ermənilərin qonağı olub - FOTOLAR
  26 Dekabr 2013    Oxunub:1060
İran prezidenti Həsən Ruhani İranda yaşayan xristianları, xüsusən də erməniləri Yeni İl bayramı münasibətilə təbrik edib.

AzVision.az İran prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Həsən Ruhani 1980-1988-ci illərdəki İran-İraq müharibəsində övladlarını itirən erməni ailələrini ziyarət edib. İlk olaraq Movsisyanlar ailəsinə baş çəkən Ruhani onları Yeni il münasibətilə də təbrik edib.

“İran hər kəsin, istər müsəlman, istərsə də digər dini azlıqların vətənidir. Hər kəs ölkənin inkişafına dəstək olmalıdır”-deyə Ruhani görüşündə bildirib.

Bundan sonra isə Albert Mahmudlunun evini ziyarət edən İran prezidenti erməni icmasının İran-İraq müharibəsində böyük rol oynadığını deyib.



Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti