Ərdoğan Rza Zərrabı təriflədi: “Xeyirxah insandır”

Ərdoğan Rza Zərrabı təriflədi: “Xeyirxah insandır”
  26 Dekabr 2013    Oxunub:1330
O, ölkəyə xeyir verən insan idi, saflığının qurbanı oldu

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rüşvət və qaçaqmalçılıqda ittiham olunaraq saxlanılan iş adamı Rza Zərrabdan danışıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Pakistan səfərindən Ankaraya qayıdarkən təyyarədə jurnalistlərin Rza Zərrabla bağlı sualını cavablandırıb.

Ərdoğan bildirib ki, Rza Zərrab ölkəyə xeyri dəyən, xeyirxah insandır.

Nazir vurğulayıb ki, Xalq bankın idarə heyətinin sədri Süleyman Aslanın dürüst olduğuna şübhə etmir, onun təmizürəkliliyinin qurbanı olduğunu düşünür.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti