` Pussy Riot` tam tərkibdə azadlıqda

` Pussy Riot` tam tərkibdə azadlıqda
  26 Dekabr 2013    Oxunub:1595
Pussy Riot pank-rok qrupunun həbsdə olan sonuncu üzvü Nadejda Tolkonnikova da Vladimir Putinin elan etdiyi amnistiya çərçivəsində azadlığa buraxılıb.
Həmkarı Mariya Alyoxinadan bir neçə saat sonra azadlığa buraxılan Tolkonnikova həbs müddətinin əsas hissəsini Mordoviya Muxtar Respublikasındakı həbsxanalardan birində keçirmişdi.

Keçmiş məhbus azadlığa çıxdıqdan sonra ilk işinin Mordoviya Pentensiat Xidmərinin rəhbəri, general Simçenkovun vəzifədən ayrılmasına nail olmaq olduğunu bildirib. Nadejda Tolkonnikova özünün və Mariya Alyoxinanın həbsdən azad olunmalarını hakimiyyətin 2014-cü il Soçi Qış Olimpiya Oyunları öncəsi qorxularının olması ilə əlaqələndirib. O, bundan sonra hüquq müdafiəçisi kimi fəaliyyət göstərmək niyyətində olduğunu bəyan edib.

Xatırladaq ki. 2012-ci ilin avqustunda feminist “Pussy Riot” pank qrupunun üzvləri – Nadejda Tolkonnikova, Mariya Alyoxina və Yekaterina Samuçeviç kilsədə Putin barədə yazılan parodik mahnı ifa etmələrinə görə 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər.


Teqlər:





Xəbər lenti