Marqvelaşvilinin maaşını “kəsdilər”

Marqvelaşvilinin maaşını “kəsdilər”
  26 Dekabr 2013    Oxunub:910
Gürcüstan prezidentini əmək haqqı, 9000 larinin (- 5200 $ ) əvəzinə 6900 lari ( 4000 $ ) müəyyən olunub. Bu düzəliş “Gürcüstan prezidentinin əməyinin qiymətləndirilməsi” haqqında qanuna əlavə olunub.

Layihənin təşəbbüskarı və məruzəçisi, parlamentdə majoritarların lideri David Saqanelidzenin sözlərinə görə, Gürcüstan prezidenti Qeorqiy Marqvelaşvili müxalifətin “bütün dünyada olduğu kimi prezidentin maaşının Ali və Konstitusiya məhkəməsi sədrlərinin maaşından bir qədər az olmalıdır” fikri ilə razılaşıb.

Qanun layihəsi parlamentdə səsə qoyulub və səs çoxluğu ilə qəbul olunub.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti