ABŞ-nin nüvə arsenalı sərxoşun əlindəymiş

ABŞ-nin nüvə arsenalı sərxoşun əlindəymiş
  24 Dekabr 2013    Oxunub:1182
ABŞ-ın qitələr arası nüvə silah anbarlarından məsul olan general Maykl Kareyin davamlı olaraq sərxoş olduğu üçün istefaya göndərildi.
AzVision.az xəbər verir ki, ABŞ generalının sərxoş olduğu müəyyənləşən ən təəccüblü hadisələrdən biri 2013-ci ilin yazında ABŞ hökumət heyətinin Moskvada reallaşdırdığı bir ziyarət əsnasında meydana gəlıb. ABŞ Hava Qüvvələrinin mövzu ilə əlaqədar hazırlanan hesabatında, general Kareyin Moskvadakı danışıqlarda, verilən ziyafətdə və digər proqramlarda həddindən artıq sərxoş olduğu müəyyənləşib.

Hesabatda general "bir zabitə və centlmenə yaraşmayan şəkildə mədəniyyətsizcəsinə" olduğu qeyd edilib. Bir başqa hadisədə isə general Kareyin Meksika restoranında musiqiçilərlə birlikdə mahnı oxumaq üçün israr etdiyini, başqa birində isə bir monastıra edilən ziyarətə 45 dəqiqə gec gəldiyi qeyd olunub. Karey haqqında hazırlanan hesabatda 42 səhifədən ibarətdir.

Vaşınqton Postun verdiyi məlumata görə General Karey istefaya göndərilməsindən qabaq məsul olduğu nüvə silah anbarında 450 qitələr arası balistik nüvə mərmi vardı. General Karey hərbidən tamamilə uzaklaştırılmayaraq ABŞ Hava Qüvvələri Kosmos Zabitlər Birliyində komandir köməkçisi vəzifəsinə təyin edilib.

deyerler.orq


Teqlər:





Xəbər lenti