Gürcüstanda iki azərbaycanlı tutuldu

Gürcüstanda iki azərbaycanlı tutuldu
  23 Dekabr 2013    Oxunub:869
Onlar aeroportdan sənədsiz avadanlıqlar keçirməkdə günahlandırılılrlar.
AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, Tbilisi beynəlxalq aeroportunda iki Azərbaycan vətəndaşı həbs olunub. Gürcüstan Maliyyə Nazirliyinin istintaq idarəsinin verdiyi məlumata görə, Dubay-Tbilisi reysi ilə Gürcüstana gələn azərbaycanlının üzərindən 2 ədəd iPhone 4s, 5 ədəd iPhone 5 və 1 ədəd noutbuk aşkarlanıb. Dəyəri 2800 dollar olan məhsul gömrük sənədlərində qeyd olunmadığına görə hər iki soydaşımız saxlanılıb.

Lakin buç azərbaycanlılarla son insident olmayıb. E.S adlı Azərbaycan vətəndaşının üzərindən də 3 ədəd iPhone 4s, 1ədəd iPhone 5s, 2 ədəd iPhone 5, 1ədəd Samsung Galaxy TAB 2 VƏ 1 ədəd Toshiba noutbuku müsadirə olunub. Məhsulların ümumi dəyəri isə 3,5 min dollar təşkil edib.

Gürcüstan Vergi Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq hər iki azərbaycanlı üzərlərində aşkar olunan məhsulların dəyəri həcmində cərimə olunublar.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti