ABŞ Rza Zərrabın “rəisini” qara siyahıya saldı

ABŞ Rza Zərrabın “rəisini” qara siyahıya saldı
  23 Dekabr 2013    Oxunub:913
Türkiyədə rüşvət və yolsuzluq olayında həbs edilən iş adamı Rza Zərrabın “rəisim” dediyi iranlı milyarder Babək Zəncani ABŞ-ın qara siyahısına salınıb.

AzVision.az-ın məlumatına görə, Babək Zəncani ABŞ-ın qadağan olunmuş şirkətlər və şəxsləri siyahısındadır.

Bu barədə ABŞ Xəzinəsinin hazırladığı dosyedə məlumat verilib.

Rza Zərrabın Zəncaninin Türkiyədə ən yaxın iş ortağı olduğu qeyd edilir.

Belə ki, Babək Zəncani Türkiyədəki işlərinin həyata keçirilməsini Rza Zərraba tapşırıbmış. 39 yaşlı Babək Zəncaninin 13,5 milyard dollarlıq sərvəti var.

Babək Zəncani hava yolları şirkəti, maliyyə qurumları və çoxlu sayda neft tankerlərinin sahibidir. Onun Türkiyədə “Onur Air” hava yolları şirkətini, eləcə də, “Ulusoy” və “Varan” avtobus şirkətlərininin səhmlərinin yarısını satın aldığı vurğulayıb.

A.RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti