Əsəd Hələbə bomba yağdırır

Əsəd Hələbə bomba yağdırır
  23 Dekabr 2013    Oxunub:1036
Son həftə ərzində hava zərbələri 200 nəfərin həyatına son qoyub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bəşər Əsər rejiminin aviasiyası Hələb şəhərini trotil dolu çəllənglərlə bombalayır.

Şəhərin Hanano rayonunda yaşayış binasına düşən partlayıcı 6 uşaq, 19 böyük olmaqla, ümumilikdə, 25 nəfərin həyatına son qoyub, 17 nəfər isə yaralanıb. “Əl-Cəzirə”nin məlumatına görə ölənlərin sayı 70 nəfərə çatıb. Ümumilikdə, son bir həftədə belə hücumlar Hələbdə 200 nəfərin həyatına son qoyub.

Londonda yerləşən İnsan Hüquqları üzrə komitənin nümayəndəsi Rami Əbdül Rəhmanın məlumatına görə ölənlərin sayı artacaq. Kustar üsul ilə hazırlanan “çəlləng bombalar” adətən tərkibində külli miqdarda partlayıcının olmasına görə geniş təsir dairəsinə malikdir.

Bu arada Suriyanın dövlət orqanı olan “Sana” agentliyi isə Homs şəhərində törədilən terror aktında 6-sı uşaq olmaqla, 8 nəfərin həlak olduğunu bildirib. Hadisədə müxalifət tərkibində vuruşan radikal qruplaşmaların əli olduğu deyilir.

Xatırladaq ki, 2011-ci ilin martından Suriyada başlayan vətəndaş müharibəsi 120 mindən artıq insanın ölümünə, milyonlarla suriyalıların qaçqın düşməsinə səbəb olub.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti