Moskva polisi ermənilərin toy karvanını dağıtdı - FOTOLAR

Moskva polisi ermənilərin toy karvanını dağıtdı - FOTOLAR
  23 Dekabr 2013    Oxunub:1227
15 gəlin maşını saxlanılıb.
Moskvada polis ermənilərin “atəş açan gəlin maşınlarını” saxlayıb. AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvanın cənub rayonun sakinləri toy karvanında iştirak edənlər arasında atışma baş verdiyi barəsində polisə xəbər veriblər. Baş verənləri araşdırmaq məqsədilə polis əməkdaşları Varşava şossesində toy karvanını saxlayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ümumilikdə 15 maşın saxlanılıb. Araşdırmalar zamanı “Porşe Panamera” markalı gəlin maşınında narkotik maddə aşkarlanıb. Bəylə gəlin məhz bu avtomobildə olublar, onlar kəbin kəsdirməyə gedirmişlər. Lakin baş verənlər nəticəsində onlara evlilik qismət olmayıb.

Şəkillərdə bəy-gəlin maşının üzərində erməni bayrağı asıldığı aydın görünür.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti