Avropa İttifaqından Ermənistana dəstək

Avropa İttifaqından Ermənistana dəstək
  23 Dekabr 2013    Oxunub:838
Ermənistana 41 milyon avro ayrıldı.

Avropa İttifaqı qonşuluq siyasəti çərçivəsində Ermənistanın vətəndaş cəmiyyətinə, regional inkişafına və kənd təsərrüfatına dəstək olaraq 41 milyon avro ayırmaq qərarına gəlib.

AzVision.az bu barədə qurumun rəsmi saytına istinadən məlumat verir.

“Aİ və Ermənistan birgə dəyərlərə əsaslanan, qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlıq etmək üzrə öhdəlik götürüblər. Bizim kənd təsərrüfatınınvə kəndlərin inkişafı, balanslaşdırılmış regional inkişaf, vətəndaşlara daha effektiv xidmət və vətəndaş cəmiyyətinin gücləndirilməsinə yardımımız Ermənistanda yeni islahatlara impuls verəcək və konkret olaraq insanlara xeyir verəcək”-deyə Avropa Ittifaqının genişləndirmə və qonşuluq siyasəti üzrə komissraı Ştefan Füle bildirib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti