İstanbulda gərgin anlar- FOTO

  22 Dekabr 2013    Oxunub : 500
İstanbulda gərgin anlar- FOTO
İstanbulda gərgin anlar:Kadıköy meydanına toplaşan aksiya iştirakçıları polisi daşa basaraq dəyənəklərlə onlara hücum çəkiblər.

Türkiyənin İstanbul şəhərinin Kadıköy meydanında keçirilən etiraz aksiyasında gərginlik yaşanıb. Anspress-in Radikal-a istinadən verdiyi məlumata görə, etirazçılar 17 dekabrda həyata keçirilən korrupsiya əməliyyatı ilə bağlı şüarlar səsləndiriblər.

Bundan sonra aksiya iştirakçıları polisi daşa basaraq dəyənəklərlə onlara hücum ediblər. Polis isə su şırnağı və bibər qazı ilə aksiya iştirakçılarına müdaxilə edərək geri çəkilib.

Halı xarablaşan bir qadının təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilir.

Foto


Teqlər: